“Azərişıq” sədri Tərtərdə vətəndaşları qəbul edəcək

  • By admin
  • 15 Fevral 2023 13:35

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov fevralın 16-da saat Tərtər şəhərində Tərtər və Ağdam rayonlarından olan vətəndaşları qəbul edəcək.

Gununsesi.info xəbər verir ki, saat 10:00-da başlayacaq qəbul Tərtər şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən “Azərişıq” ASC-nin Tərtər Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Tərtər Elektrik Şəbəkəsinə və ya “Azərişıq” ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Gununsesi.info