“Azərişıq”a borcu olan qaçqınlar mərkəzi qərargaha müraciət etsinlər - TANRIVERDİ MUSTAFAYEV

  • By admin
  • 06 Fevral 2017 16:17
isqpulu 
 
Bir qrup məcburi köçkün  onlara  kommunal xidmətlərə görə ayrılan vəsatilə bağlı, xüsusən də elektrik enerjisi məsələsində ciddi problemlərin olduğu  barədə Gununsesi.info-ya  şikayıt məktubu ilə müraciət ediblər.
Sumqayət şəhərində məskunlaşan məcburi köçkünlərin müraciətində bildirilir ki, Maliyyə Naziriliyi  məcburi köçkünlərin kommunla  xidmətlərinə görə ayırdığı vəsaiti  Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi  birbaşa  həmən xidmət  sahələrinin hesabına köçürüb.
Məsələ isə diqqətlə araşdırılmayıb. Belə ki, elə məcburi köçkün ona ayrılan limiti istifadə etsə də, digərlərinin hesabına depozit yaranıb. Yəni, elə məcburi köçkün var ki, onların kommunal xidmətlərə görə 1500, 1300, 800, 400 manat  həcmində depoziti yaranıb.
“Azərişıq” ASC ödənişləri həmən depozit vəsaitlərdən silmək əvəzinə  məcburi köçkünlərdən  ödmələr tələb edir.
Gununsesi.info olaraq məcburi köçkünlərin üzləşdiyi problemlə bağlı “Azərişıq” ASC-yə müraciət etdik. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki,  bütün bu problemlərin həlli ilə bağlı “Azərişıq” ASC-də  rəhbərlik tərəfindən xüsusi qərargah yaradılıb və bu qərargaha məsul şəxslər təyin edilib:
“Azərbaycan Prezidentinin 23.01.2017-ci il tarixli, 1206 saylı Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlər vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin   olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədi ilə “Azərişıq” ASC-də  Mərkəzi Qərargah yaradılıb”.    
T.Mustafayev əlavə edib ki, elektrik enerjisi ilə bağlı problemi olan hər bir şəxs fərdi qaydada yaradılan qərargaha müraciət  etsin.
“Onların şikayəti və problemi operativ qaydada yerindəcə araşdırılaraq həllini tapacaq.  Çünki məcburi köçkünlərin şikyət və problemlərinin həlli isə  “Azərişıq” ASC rəhbərliyinin birbaşa nəzarətindədir.  Daxil olan bütün şikayət və müraciətlər yerindəcə araşdırılır. Odur ki, kimin hansı problemi varsa, gəlin “Azırişıq” ASC-nın Satış Departamentində yardılan qərargaha müraciət etsin. Məsələ mütləq həllini tapacaq”- deyə, T. Mustafayev bildirib.
 
T.Mustafayev bildirib ki, məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə sayğac quraşdırılması işlərinin qısa müddətdə  başa çatdırılması və bu sahədə koordinasiyalı birgə işin təşkili məqsədi ilə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin ərazi strukturlarının və yerli icra orqanlarının nümayəndələrinin daxil olduğu Regional Enerji Təchizatı və Satışı İdarələrindəki İşçi Qruplarına öz fəaliyyətlərini Mərkəzi Qərargahla əlaqələndirməklə görülən işlərə dair mütəmadi məlumat verilməsi tapşırılıb. 
“Məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlərin ləğv edilməsi ilə əlaqədar olaraq “Azərişıq” ASC-nin elektron məlumat bazasında müvafiq dəyişikliklər edilərək, Smart kart istifadəçisi olan məcburi köçkünlər üçün müəyyən edilən 150 kVt/saat güzəştli limitin yüklənməsi dərhal dayandırılıb. Odur ki, məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması ilə əlaqədar yaranan hər hansı anlaşılmazlıq hallarının ərazi icra hakimiyyəti orqanlarının və onların məcburi köçkünlərlə iş üzrə nümayəndələrinin iştirakı ilə araşdırılmasına, bununla əlaqədar daxil olan şikayət və müraciətlərə dərhal baxılıb həll olunmasına dair Cəmiyyətin aidiyyəti strukturlarının rəhbərlərinə ciddi göstərişlər verilıb”- deyə, o bildirib.
Mürtəza
Gununsesi.info