“Azərişıq”ın maşınını yandıran şəxs saxlanılıb

  • By admin
  • 23 Avqust 2017 12:46

599c2c8e10ad3_cb650b5b-b20f-4dca-a91a-c9b9a23fa05d_292

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Regional Elektrik Şəbəkəsinə məxsus avotomobilin yandırılması ilə bağlı məlumat yayıb.

Gununsesi.info-nun DİN-in saytına istinadən verdiyi məlumata görə, nazirlikdən bildirilib ki, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran Regional Elektrik Şəbəkəsinin nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan şəbəkəyə məxsus “Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək onu qismən yandırıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Məmmədov saxlanılıb.

Gununsesi.info