“Azərsu” məhkəmənin qərarını icra etmir

  • Müəllif: admin
  • 03 Noyabr 2017 14:14

Bakı-Oğuz-Qəbələ su kəmərinin çəkilişi zaman mülkiyyətə dəyən zərər neçə illərdir ki, ödənilmir.

Gununsesi.info-ya xəbər verən Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyevin sözlərinə görə, zərərçəkənlərin 6-sı barədə məhkəmə qərar qəbul etsə də, “Azərsu” ASC icra etməkdən imtina edir.

“6 nəfərin hər birinin məhkəmə prosesi 5 ilə yaxın davam edib.  Zərərçəkən Şövkət Babayevin və Eyvaz Hüseynovun son ali məhkəmə qərarı 2016-cı ilin May ayında qəbul edilib və qanuni qüvvəyə minib.  İcra vərəqi Yasamal icra şöbəsinə verilib, lakin 18 aya yaxındır ki, icra olunmur”.

A.Quliyev qeyd edir ki, məhkəmə qətnaməsinə əsasən, Şövkət Babayevin xeyrinə “Azərsu” ASC-dən dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar dəymiş zərərin əvəzi olaraq torpaq sahəsinə görə 42 sot toarpaq sahəsinin hər sotuna 1000 manat olamaqla 42 000 manat,   fındığ ağaclarına görə  hər bir fındıq topasının qiyməti 100 manat olmaqla 8000  manat, əldən çıxmış faydaya görə  21 848 manat (80 x 13.5 kq x 2.89 AZN x 7 ilə = 21 848)  manat olmaqla, cəmi 71 848  manat pul tutulması nəzərdə tutulub.

Digər zərərçəkən Eyvaz Hüseynovun xeyrinə isə “Azərsu” ASC-dən dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar dəymiş zərərin əvəzi kimi  torpaq sahəsinə görə 53 sot toarpaq sahəsinin hər sotuna 1000 manat olamaqla 53 000 manat,   fındığ ağaclarına görə  hər bir fındıq topasının qiyməti 100 manat olmaqla 8000  manat, əldən çıxmış faydaya görə  21 848 manat (80 x 13.5 kq x 2.89 AZN x 7 ilə = 21 848)  manat olmaqla, cəmi 82  848  manat pul tutulması barədə qətnamə qəbul edilib.

Hüquqşünas deyir ki, bu işlərlə əlaqədar mülkiyyətçilərlər birlikdə Ədliyyə Nazirliyinin Baş icra məmuru cənab Nürəddin Mustafayevin 2 dəfə qəbulunda olublar: “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, Yasamal Rayon İcra Şöbəsi məhkəmə qərarını müxtəlif bəhanələrlə icra etmir. Bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, İcra baş idarəsinin rəisi, Baş icra məmuru – Nurəddin Mustafayevin də qəbulunda 2 dəfə olan mülkiyyətçilərə və onların nümayəndələrinə qərarın qısa zamanda icra olunacağına söz versə də, Baş icra məmuru da məhkəmə qərarının icrası üçün heç bir hərəkət etmir”.

Digər zərəzçəkənlər Aslanav Əli məhkəmənin gedişi zamanı vəfat edib. Hal-hazırda həyat yoldaşı Xədicə Soltanovanın xeyrinə 16 avqust 2017-ci ildə Ali Məgkəmə 43 215 manat pul haqqında qərar qəbul edilib.

Qocayev Hacıməhəmmədə 29 240 manat, müharibə veteranı Vəzirov Bayrama 26040 manatlıq zərərin ödənilməısi haqqında məhkəmə qərarı olsa da,  icra olunmayıb.

Qeyd edək ki, “İcra Haqqında” AR Qanunun 12.1. maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən 2 ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir.Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında baş icra məmuru tərəfindən 1 ay müddətinədək uzadıla bilər.

Vüsalə Rüstəmova

 Gununsesi.info