“Azərxalça”nın milyonlarını mənimsəyən Vidadi Muradov kimdir? -  SAYSIZ ADLAR VƏ VƏZİFƏLƏR DAŞIYIRMIŞ

  • By admin
  • 10 Yanvar 2021 12:54

 

 

Xəbər verdiyimiz kimi “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov korrupsiya əməllərinə görə həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin bir çox maddələri ilə cinayət işi başlanıb.

Bəs görəsən, Vidadi Muradov kim olub?

Gununsesi.info həmin məmurun haqqında bəzi bilgiləri təqdim edir:

Vidadi Muradov 2016-ci il iyunun 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin olunub.

Onun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytında tərcümeyi-halı dərc edilib.

Korrupsioner məmurla bağlı internet resurslarında ancaq müsbət məqamların şahidi olduq.

Qeyd olunur ki, Vidadi Muradovun  fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” (30 may, 2014-cü il) fəxri adı, “Şöhrət” ordeni (7 mart, 2016-cı il) və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı (27 may, 2019-cu il ) ilə təltif edilmişdir.

O, həmçinin, Yeni Azərbaycan Partiyasının üzvü, tarix elmləri doktoru, professordur.

Məlumata görə  Vidadi Muradov həm də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının üzvü (ICOM), Naxçıvan Muxtar Respublikasının və Dağıstan Respublikasının Əməkdar incəsənət xadimidir.

 

Gununsesi.info

.