Azad Rəhimovun oğlu dünya şöhrətli ulduzu Bakıya gətirir - GÖRƏSƏN NEÇƏYƏ? - VİDEO

  • Müəllif: admin
  • 02 May 2017 18:10

naziroglu

İyunun 23-25 də Bakıda keçiriləcək növbəti Formula 1 yarışlarının Qran Pri mərhələsi çərçivəsində təşkil olunacaq konsertdə çıxış edəcək ifaçıların adları məlum olub.

Gununsesi.info-nun unikal.org-a istinadən verdiyi məlumata görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin facebook səhifəsində verdiyi məlumata görə, şou proqramda amerikalı pop-ulduz Nikol Şerzinger pərəstişkarları qarşısında çıxış edəcək.

Bundan başqa, gecədə “The Black Eyed” və “Back-To-Back” qrupları da səhnədə yer alacaq. Şou-proqram iyunun 24-də Dənizkənarı Milli Parkda baş tutacaq.

Qeyd olunur ki, Nikol Şerzinger Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun oğlu, “Baku Grand Prix” şirkətinin rəhbəri Arif Rəhimovun dəvəti ilə Azərbaycana gəlir.

Gununsesi.info