AZAL Londona uçuşların sayını artırır

  • By admin
  • 11 Oktyabr 2016 15:34
azal
AZAL Londona uçuşların sayını artırır.
Bu barədə Gununsesi.info-ya AZAL mətbuat xidmətindən verilib. Məlumatda bildirilir ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) qış cədvəlinin qüvvəyə minməsi ilə əlaqədar  Bakıdan Londona müntəzəm reyslərin sayını artırır. Hazırda aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanından Britaniya paytaxtının əsas hava limanı – Hitrou aeroportuna həftədə beş reys həyata keçirir. Oktyabrın 30-dan başlayaraq uçuşlar hər gün həyata keçiriləcək.
Şənbə günləri Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə saat 18:25-də, Hitrou Beynəlxalq Hava Limanına çatma isə yerli vaxtla saat 20:25-də olacaq. Londondan uçuş yerli vaxtla saat 21:50-də, Bakıya gəlmə isə Bakı vaxtı ilə saat 07:20-də olacaq. Qalan bütün günlər üzrə Bakıdan uçuş saatı 19:05-də, Londona gəlmə saat 21:05-də, Londondan uçuş saatı 22:05-də, Bakıya gəlmə isə saat 07:35-də olacaq. Qeyd edək ki, Londona reyslər üç sinifli – ekonom, Comfort-klub və VIP-klub – salonlarla təchiz edilmiş müasir “Boeing-787 Dreamliner” təyyarəsində həyata keçirilir.
Gununsesi.info