AZAL və Ukraynadakı səfirliyimiz koronavirusdan necə faydalanıblar? - FOTO-Fakt

  • By admin
  • 07 İyul 2020 10:34

Koronavirus dünyanı cənginə aldığı bir zamanda AZAL və XİN-nin bundan faydalanıb. 
 
Gununsesi.org bildirir ki, Ovqat.com-a bu iddianı təsdiqləyən fotoşəkillərlə bərabər bir məktub  daxil olub.
 
Müvafiq dairələrə yardımçı olmaq ümidiylə məktubu olduğu kimi dərc edirik.

 
“Mart ayından 4 nəfərdən ibarət, çox ağır maddi və psixoloji durumda olan gənc ailə iki körpə uşaqla Ukraynadan Azərbaycana – öz Vətəninə qayıtmaq istəyir. Qayıtmaq üçün qeydiyyata da düşüblər. Növbəti uçuş iyulun 9-dur. Səfirlik onlarla əlaqə saxlayıb və AZAL-ın çarter reysi üçün şərtlərini bildirib. 
 
Bir nəfər üçün:
 
1. Uçuş bileti- 300 ABŞ dolları;
 
2. COVİD-19 testi -100 ABŞ dolları.
 
400$ x 4=1600$
 
1600$ × 1,7 = 2720 manat
 
Bir sözlə, AZAL küçədə qalmış azərbaycanlı ailədən 2720 manat tələb edir.
 
Bütün dünyada aviareyslər bərpa olunduğu zamanda təxliyyə adı ilə (təyyarə Bakıdan boş uçur) fürsətçillik deyilsə, AZAL təcili açlqlama versin və ailəni Azərbaycana qaytarsın! 
 
Xalq pul toplayar, ödəyər!”

Gununsesi.org