Azarkeşlər Argentinanın baş məşqçisinin üstünə tüpürdülər - FOTO

  • By admin
  • 22 İyun 2018 12:08
 

Argentina yığmasının azarkeşləri komandanın baş məşqçisi Xorxe Sampaolini futbol üzrə dünya çempionatında Xorvatiyaya böyük hesablı məşğubiyyətdən sonra təhqir edib və üstünə tüpürüblər.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Argentinanın “Diario26” nəşri məlumat yayıb.

Bildirilib ki, azarkeşlər Argentinanın qapısına vurulan üçüncü qoldan sonra 58 yaşlı mütəxəssisə qarşı aqressiv münasibət göstərməyə başlayıblar. Onlar baş məşqçinin üstünə tüpürüb və onu “fahişənin oğlu” adlandırıblar.

Argentina yığması iyunun 21-də qrup mərhələsinin ikinci oyununda Xorvatiyaya 0-3 hesabı ilə məğlub olub.