Azarkeşlər məğlubiyyətə dözmədilər – Futbolçuları döydülər

  • By admin
  • 02 Oktyabr 2017 22:55

640xauto
Polşa liqasında səfərdə “Lex”ə 3-0 məğlub olan “Legiya” klubunun futbolçuları azarkeşlər tərəfindən döyülüb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, məğlubiyyətlə barışmayan azarkeşlər klubun avtomobil dayanacağına yollanıblar.

Futbolçular avtobusdan enən kimi 50-dən çox azarkeş onlara hücum edib və 10 dəqiqə ərzində döyülüblər.

Daha sonra futbolçulara bir daha belə oynayacaqları təqdirdə yenidən eyni addımı atacaqları barədə xəbərdarlıq da ediblər.

Baş verən hadisələrdən sonra bəzi futbolçuların klubdan ayrıla biləcəyi bildirilir.

 

Gununsesi.info