Azarkeşlər “Napoli”nin sabiq futbolçusundan qisas aldılar - QONZALO İQUANİNİN ŞƏKLİ OLAN TUALET KAĞIZLARI SATIŞA ÇIXARILIB

  • Müəllif: admin
  • 02 Aprel 2017 07:10

futbolcu tualet kagizi

“Napoli” azarkeşləri komandanın sabiq futbolçusu Qonzalo İquani “Yuventus”a keçdiyi üçün hələ də bağışlamayıblar.

Gununsesi.info-nun qol.az-a istinadən verdiyi xəbərə görə, qəzəbli azarkeşlər A seriyasında “Napoli” – “Yuventus” matçı öncəsi argentinalı hücumçunun şəklinin olduğu tualet kağızlarını satışa çıxarıblar.

Neapol küçələrində satılan bu tualet kağızlarına marağın çox olduğu bildirilir.

Qeyd edək ki, üç mövsüm “Napoli”də çıxış edən Q.İquain ötən mövsüm 90 milyon avroya “Yuventus”a transfer olunub.

“Napoli” – “Yuventus” görüşü bu gün keçiriləcək.

Gununsesi.info