200-dən çox “Taliban”çı hökümət rəsmilərinə təslim olub

  • Müəllif: admin
  • 02 Aprel 2017 07:19

taliban

Əfqanıstanın Balx əyalətində “Taliban” hərəkatının 200-dən çox üzvü silahı yerə qoyaraq hökümət rəsmilərinə təslim olub.

Gununsesi.info-nun russian.rt.com-a istinadən verdiyi məlumata görə, bu barədə “Sinxua” agentliyinə yerli rəsmi qurumlardan bildirilib.

“Silahlı şəxslər, qubernatorun çağırışına əməl edərək,  Çimtal bölgəsində sülh və nizamlanma prosesinə qoşulublar”, – deyə mənbə bildirib.

Təslim olanların arasında Xan Məhəmməd və Dava Xan kimi komandirlərin də olduğu bildirilir.

Qeyd edək ki, 2010-cu ildən indiyədək “Taliban” hərəkatının 10 minə yaxın üzvü silahı yerə qoyub, vuruşmaqdan imtina edib.

Gununsesi.info