AZTV-dən bəbəxt hadisə ilə bağlı açıqlama

  • By admin
  • 25 Dekabr 2020 22:14
Xəbər verdiyimiz kimi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.
Hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə bir əməkdaşımız dağıntılar altında qalaraq xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Əməkdaşımızın dağıntılar altından sağ-salamat çıxarılması istiqamətində iş aparılır.
Gununsesi.info