AzTV-də qəza: Beton tavan çökdü – YARALILAR VAR

  • By admin
  • 25 Dekabr 2020 22:01

Bu dəqiqələrdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AZTV) bədbəxt hadisə baş verib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, televiziyanın arxiv binasının beton tavanı çöküb. Hadisə nəticəsində bir neçə nəfər ağır xəsarət alıb. Əraziyə təcili tibbi yardım maşınları və Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Yaralılar paytaxdakı xəstəxanalara yerləşdirilirlər.

 

Gununsesi.info