AzTV-nin aparıcısına İTV-də vəzifə verildi

  • By admin
  • 25 İyul 2016 12:31

resad

 

AzTV-nin “Xəbərlər” və “Səhər” proqramlarının aparıcısı Rəşad Mehdiliyə yeni vəzifə verilib.

Gununsesi.info  “aznews.az”a istinadən xəbər verir ki, daxil olan məlumata görə, teleaparıcı İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya şöbəsinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Məlumat üçün bildirək ki, sözügedən departamentin rəisi Rauf Rəcəbovdur. O, bu posta bir neçə həftə əvvəl gətirilib.

Qeyd edək ki, R.Mehdili mayın 17-dən etibarən İTV-də veriliş aparır. O, “Həftənin Yekunu” proqramında verilişin müəllifi və aparıcısı, hazırda yay məzuniyyətində olan Şaiq Məmmədovu əvəzləyib.

 

Gununsesi.info