”Aztv rəhbərinin özü məhkəməyə gəlsin…” -ŞÜCAYƏT ƏLƏKBƏROV TƏLƏB ETDİ

  • Müəllif: admin
  • 02 Mart 2018 18:02

“Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov Alışanovun özünün də məhkəməyə çağrılıb dindirilməsini tələb edir.

Gununsesi.info xəbər verir ki, martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmənin hazırlıq iclası davam edirilib. Məhkəmədə təqsirləndirilən Ş.Əkbərovun vəkili bu işin düzgün araşdırılmadığını bildirərək, işin yenidən istintaqa qaytarılması haqda vəsatət qaldırıb.

Məhkəmədə Ş.Əkbərovla yanaşı, digər təqsirləndirilən şəxslər – Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onların ev dustaqlığına buraxılması haqda vəsatətlər qaldırılıb.

Vəsatətlərin heç biri təmin olunmayıb.

Ş.Əkbərov AzTV sədrinin məhkəmədə iştirakının təmin olunmasını istəyib: “O kimdir ki, bura gəlmir? Özünü kim hesab edir? Məhkəməni saymır?”

Bu iş üzrə məhkəmə baxışı martın 7-nə təyin olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 228-ci (qanunsuz silah saxlama) maddələrilə ittiham verilib. İddia olunur ki, Ş.Əkbərov Alışanovun 5 milyona yaxın dəyəri olan əmlakını ələ keçirmək üçün dəstə yaradıb, onlara AzTV sədrini öldürməyi sifariş edib.

Gülər

Gununsesi.info