Bəhram Xəlilov: “Dövlət orqanının rəhbəri namizədi bəhanələrlə vəzifəyə təyin etmir”

  • By admin
  • 11 Avqust 2016 14:57

bahram

 

Dövlət İmtahan Mərkəzi (DİM) sədrinin müavini Bəhram Xəlilov dövlət qulluğuna qəbulda test imtahanları mərhələsi zamanı müşahidə olunan əsas problemləri açıqlayıb.

Gununsesi.info xəbər verir ki, TQDK-dan KİV-ə bildirildiyinə görə, DİM Direktorlar Şurasının növbəti iclasında çıxış edən B. Xəlilov test imtahanları mərhələsi zamanı müşahidə olunan əsas problemlərdən biri kimi qeydiyyatdan keçən namizədlərin imtahanlarda iştirak etməməsini göstərib: “Namizədlər asanlıqla on-line rejimdə qeydiyyatdan keçir, hər bir namizədin test imtahanı verməsi üçün vaxt müəyyən olunur və fərdi kompüter ayrılır. Qeydiyyatdan keçən namizədlərin imtahanda iştirak etməməsi lüzumsuz vaxt itkisinə və test imtahanı mərhələsinin uzanmasına səbəb olur”.B. Xəlilov deyib ki, bu sahədə digər problem onunla bağlıdır ki, bəzən namizəd vakant vəzifəyə uyğun hesab edilsə də, qanunvericiliyə zidd olaraq dövlət orqanının rəhbəri namizədi müəyyən bəhanələrlə həmin vəzifəyə təyin etmir.“Düzdür, belə hallara getdikcə az rast gəlinir”-deyə, o, əlavə edib.

Gununsesi.info