Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri: "Proqnozlarım alınmış real nəticələrlə üst-üstə düşür"

  • By admin
  • 11 Avqust 2016 14:50

meleyke

 

“Komissiyanın bütün qəbul imtahanlarından əvvəl abituriyentlərin nəticələrinə dair təqdim etdiyi proqnoz imtahanlardan sonra alınmış real nəticələrlə üst-üstə düşür. Bu isə TQDK-nın apardığı statistik təhlilin elmi əsaslara söykənməsi ilə bağlıdır”.

TQDK-dan Gununsesi.info-ya verilən məlumata görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qurumun iclasında çıxışı zamanı deyib. M. Abbaszadə çıxışında eksternat qaydasında keçirilən buraxılış imtahanları barədə də məlumat təqdim edərək qeyd edib ki, qeydiyyatdan keçib məlum səbəbə görə bu imtahanlarda iştirak etməyənlərin sayı ildən ilə çoxalır.

Gununsesi.info