Mövlüd Çavuşoğlu:“Türkiyənin Yunanıstandakı hərbi attaşeləri İtaliyaya qaçıb”

  • By admin
  • 11 Avqust 2016 14:40

cavuska

 

Türkiyən xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Yunanıstandakı Silahlı Qüvvələr attaşesi, polkovnik İlhan Yaşıtlı və hərbi dəniz attaşesi, polkovnik Halis Tunçun ailələri ilə birlikdə İtaliyaya qaçdıqlarını təsdiq edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, M. Çavuşoğlu deyib ki, hərbi çevriliş cəhdindən sonra Ankaraya çağırılan İlhan Yaşıtlı və hərbi dəniz attaşesi polkovnik Halis Tunç ailələri ilə birlikdə bərə ilə İtaliyaya yollanıblar.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstan Xarici İşlər Nazirliyinə müraciət edərək polkovnik İ.Yaşıtlı və polkovnik H.Tunçun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan Xarici İşlər Nazirliyidə həmin gün onların akkreditasiyalarını ləğv edib.

Ancaq polkovniklərin nə vaxt Afinadan qaçdıqları bilinmir. İ.Yaşıtlı və H.Tunç iyulun 29-da Afina yaxınlığındakı Salamina Hərbi Dəniz Bazasında keçirilən tədbirə dəvətli olsalar da, həmin tədbirə də qatılmayıblar. Attaşelər ailə üzvləri ilə birlikdə 8 nəfərdir. Yunan mətbuatı polkovniklərin hərbi çevrilişə cəhd edənlərlə yaxın olmaları yönündə ittihamlardan qorxaraq qaçdıqlarını yazıb. 

Anar

Gununsesi.info