
On nəfərdən artıq vətəndaşı aldadıb pulunu ələ keçirməkdə təqsirləndirilən keçmiş bələdiyyə sədrinə hökm oxunub.
Gununsesi.info xəbər verir ki, Abşeron rayonunun Məhəmmədi kəndinin bələdiyyə sədri olmuş Vaqif Nəbiyevi fevralın 26-da məhkəmə zalında həbs olunub. Hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib. Eldar Mikayılogun sədrlik etdiyi hakimlər heyətinin hökmünə əsasən,
Vaqif Nəbiyev 7 il azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətumkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs olunub.
Sabiq bələdiyyə sədrinin daha bir məhkəməsi elə Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. O işdə də Nəbiyev CM-nin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.
Qeyd edək ki, sabiq bələdiyyə sədrinin birinci məhkəməsi davam edərkən başqa dələduzluq əməlləri üzə çıxıb vəbarəsində yeni cinayət işi açılıb.
Bələdiyyə sədrinin əməllərindən zərər çəkdiyini deyənlər arasnda xanım iş adamı Ülviyyə Abdalova da var. Ü.Abdalova V.Nəbiyevin ondan 353 min 300 manat aldığını bunun üçün də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə müraciət etdiyini bildirib.
Gülər









