Bərzani “düymə”yə basdı: TÜRKİYƏDƏ ADINDA "KÜRDÜSTAN" SÖZÜ OLAN PARTİYA QURULUR

  • By admin
  • 10 İyul 2017 23:31

Barzani-1

“Şimali Iraq Özərk” yönətimi başqanı Məsud Bərzaninin liderlik etdiyi partiyaya Türkiyədən də “qardaş” gəlir: “Kürdüstan Demokratik Partiyası”.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, sabah adıçəkilən partiyanın rəhbərliyi  Türkiyənin Daxili İşlər Nazirliyinə təşkilatın quruluş diləkcəsini təqdim edəcək.

Qeyd edək ki, əgər nazirlik partiyanın bu isimlə qurulmasına izin verilirsə, Türkiyədə ilk dəfə adında “Kürdüstan” sözü  keçən bir partiya faaliyyətə başlayacaq.

Onu da qeyd edək ki, Bərzaninin başqanlığını etdiyi Quzey Iraqdaki siyasi partiyanın adı da “Kürdüstan Demokratik Partiyası”dır.

Türkiyədə sabah quruluşu üçün ilk rəsmi addımın atılacağı partiyanın arxasındakı əsl gücün də Quzey Iraqdakı Bərzani yönətimi olduğu xəbəri Ankara siyasi kulislərində dolaşır.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info