Rəsmi açıqlama:  Mosul azad edildi, İŞİD çökdü

  • By admin
  • 10 İyul 2017 23:35

isid
Mosulun İŞİD-dən tamamilə azad edildiyini rəsmən elan edirəm.

Axar.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadi deyib.

“Mosulun ürəyindən zəfəri elan edirəm. Mosulda elan edilən xilafət dövləti çökdü. Böyük qələbəni qəhrəman hərbçilərimiz, yaralılarımız və şəhidlərimiz qazanıb. Qələbəmiz vəhşilik və terrorizmə qarşı olub. Bu qələbə iraqlıların planı və səyi ilə baş tutdu. İraqlılar bundan qürur duymalıdır. Terrorla mübarizəmizdə təhsil, maddi-texniki və hava hücumunda dəstək verən bütün ölkələrə də təşəkkür edirik. İraq bu gün əvvəlki dövrlərə nisbətən yekcinsdir. Qarşımızda sabitliyin təmin olunması, infrastrukturun yenidən abadlığı və İŞİD hüceyrələrini məhv etmək var. İŞİD-lə mübarizədə birləşdiyimiz kimi, bu məsələdə də birləşməyimiz lazımdır”, – Abadi söyləyib.

Abadi çıxışının sonunda yanında duran İraq komandanının əlindən ölkə bayrağını alaraq “Yaşasın İraq! şüarı səsləndirib.

Qeyd edək ki, İraqın ikinci böyük şəhəri Mosul 2014-cü ilin iyununda İŞİD-in əlinə keçmişdi.

Gununsesi.info