Bəşər Əsəd Ruhanini təbrik etdi

  • By admin
  • 20 May 2017 22:52

3283655c541a06e336ec8c5ed90a8891

 

Suriya lideri Bəşər Əsəd Həsən Ruhanini İran prezidenti seçilməsi münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi agentliyi SANA məlumat yayıb.

Əsəd eyni zamanda təbrik mesajında İranla əməkdaşlığın önəmini də vurğulayıb.

Qeyd edək ki, dünən keçirilən seçkilərdə Ruhani 57 faiz səslə yenidən İranın prezidenti seçilib.

 

Gununsesi.info