HDP MHP ilə CXP arasında nifaqa səbəb oldu və BAXÇALIDAN KILICDAROĞLUNA SƏRT TƏPKİ GƏLDİ

  • By admin
  • 20 May 2017 22:55

devlet-baxcali

Terrorçu PKK-nın siyasi uzantsı olan HDP Türkiyənin iki qocaman partiyası MHP ilə CXP arasında nifaqa səbəb olub.

Gununsesi.info-nun Türkiyə mediasına xəbərinə görə, belə ki, CXP-li iki millət vəkilinin hazırda həbsdə olan HDP eşbaşqanı Səlahəddin Dəmirtaşı həbsxanada ziyarət etmələri MHP-liləri, xüsusilə də, genəl başqan Dövlət Baxçalını möhkəm əsəbləşdirib.

MHP genəl başqanı CXP-nin artıq “minalı tarlalarda” dolaşmaqda, 2019-cu il prezident seçkiləri ilə bağlı yanlış dəstək axtarışında suçlayıb və adıçəkilən partiyanı, onun rəhbərliyini bu siyasətdən daşınmağa səsləyib.

O, eyni zamanda, CXP-li deputatları və genəl başqan Kamal Kılıcdaroğlunu sərt ifadələrlə eləşdirib.

CXP-lillər də MHP və onun rəhbərinin ittihamlarını qəbul etməyərək, əks-ittihamlarla çıxış ediblər.

Onlar MHP-ni hakim AKP-nin yedəyində getməkdə günahlandırıblar.

KAMİL

Gununsesi.info