Bəxtiyar Hacıyev aclığı dayandırıb

“Bəxtiyar Hacıyevlə görüşdüm. Rəsmi və faktiki olaraq öz təşəbbüsü ilə, ictimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırdı”.

Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Aqil Layic bildirib.

Onun sözlərinə görə, Hacıyevlə birlikdə müəssisə rəisi ilə görüşüb:.

“Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi. Birazdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək. Ona dəstək olan hər kəsə təşəkkür etdi. Hüquqi mübarizə ədalətə nail olana qədər davam edəcəyik”.

Mətləb

Gununsesi.info