Bəxtiyar Hacıyev ölümə məhkum edilir - VƏKİL HƏYACAN TƏBİLİ ÇALIR

  • By admin
  • 03 Fevral 2023 15:32
Vəkil Şəhla Hümbətova hazırda həbsdə aclıq aksiyası keçirən olan siyasi fəal “Bəxtiyar Hacıyevlə görüşüb.
Gununsesi.info-ya açıqlamasında vəkil  bildirib ki, Hacıyev bu dəfə də onun aksiyanı dayandırmaq təklifini rədd edib: “Bəxtiyar 26-сı gündür ki, aclıq aksiyasını davam etdirir və dayandırmaq xahişlərini rədd edir.O, təcridxananın tibbi-sanitar hissəsində saxlanılır. Bəxtiyar bəy deyir ki, həmin hissədə göstərilən tibbi xidmət çəkisinin, arterial təzyiqin, temperaturun və ürək döyüntüsünün ölçülməsindən ibarətdir, həkim əlçatan deyil, iş vaxtı bitəndən sonra orada saxlananlar allahın ümidinə qalır. Mədəsində şiddətli ağrılar olur- ağrıkəsici dərman almaq belə xeyli vaxt aparan müşgül məsələdir.
Rəngi ağappaqdır, zorla gəzir, o qədər arıqlayıb ki, dəri və sümükdən ibarət görünür, özü deyib ki, huşu tez-tez gedir, gözü qaralır və növbəti məhkəməyə yəqin ki, gələ bilməyəcək. Məhkəmə dəfələrlə ev dustaqlığına buraxmaqdan imtina edib. Belə vəziyyətdə Bəxtiyar Hacıyevi xəstəxanaya köçürməmək onu ölümlə, ən yaxşı halda səhhətində bərpaolunmaz fəsadlarla baş-başa qoymaq deməkdir”.
Afət Abbasova
Gununsesi.info