Bəxtiyar Hacıyev tanınmaz vəziyyətdədir -VƏKİL HƏYƏCAN TƏBİLİ ÇALIR

  • By admin
  • 09 Fevral 2023 19:04

Vəkil Aqil Layic həbsdə aclıq aksiyası keçirən Bəxtiyar Hacıyevə baş çəkib.

Bu barədə Gununsesi.info-ya açıqlama verən Aqil Layic bildirib ki, müvəkkili olduqca ağır durumdadır:
“Bəxtiyar Hacıyev tanınmaz hala düşüb. Hər an faciə baş verə bilər. Bəxtiyar Hacıyev dərhal azad edilməlidir. Onu həbsdə saxlamaqla ölümə məhkum edirlər”.

Mətləb
Gununsesi.info