“Bəzi razılaşmalar əldə edildi, müsbət nəticələr var…” -Zelenski

  • By admin
  • 09 Fevral 2023 19:32

Ukrayna Prezidenti Vladimir Zelenski Londonda və Parisdə keçirdiyi görüşləri müsbət qiymətləndirib, müəyyən razılaşmaların olduğunu deyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezident Zelenski Brüsseldə Aİ Şurasının və Avropa Komissiyasının prezidentləri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, Böyük Britaniyaya səfəri barədə danışıb.

“Bəzi razılaşmalar əldə edildi və bunun detallarını açıqlaya bilməyəcəyəm, ancaq müsbət nəticələr var”, – deyə Ukrayna Prezidenti bildirib.

Zelenski Parisdə Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsla müzakirələrini də yüksək qiymətləndirib: “Bizim vacib görüşümüz, müzakirələrimiz oldu. Bunu müsbət qiymətləndirirəm. Mən detalları açıqlamaq istəməzdim, amma deyə bilərəm ki, biz ölkəmizin müdafiəsi üçün Silahlı Qüvvələrimizin müdafiə bacarıqlarını və imkanlarını daha da inkişaf etdirmək istiqamətində çalışırıq və Parisdəki görüş barədə təəssüratlarım müsbətdir”, o əlavə edib.

Gununsesi.info