Baba “KamAZ”la nəvəsinin üstündən keçdi

  • By admin
  • 28 Avqust 2019 10:48

Gəncədə baba nəvəsini ehtiyatsızlıqdan öldürüb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin beşinci mikrorayon ərazisində qeydə alınıb.

Ərəstun Qasımov idarə etdiyi “KamAZ” markalı yük maşınını arxaya verərkən nəvəsi, 2016-cı il təvəllüdlü Qasımov Ərəstun Nizami oğlu maşının altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org