Bacısını döyüb öldürən qardaş həbs olundu

  • By admin
  • 04 Yanvar 2017 20:48

qandal

Bacısını döyərək qətlə yetirmiş Lənkəran sakini tutulub.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumta görə, 2012-ci iyun ayının 17-də Lənkəran rayon sakini Təranə Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxmış və geri qayıtmayıb. Lənkəran ŞRPŞ-yə daxil olmuş məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və cəsədinin evinin yaxınlığında basdırılması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib. Təranənin cəsədinin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür. Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info