
Rusiya təyyarələrinin Suriyanın Rakka şəhəri yaxınlığında İŞİD-ə (“İslam Dövləti”) aid binaya endirdiyi zərbələr nəticəsində bu qruplaşmanın lideri, Əbu Bəkr əl-Bağdadi kimi tanınan “İslam Dövləti xəlifəsi”nin ya öldüyü, ya da yaralandığı idda edilir.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, mayın 28-də İŞİD rəhbərlərinin toplantı keçirdiyi barədə məlumat daxil olub. Rusiyaya məxsusu təyyarələr toplantının keçirildiyi binanı bombalayıb. Hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının 30 səhra komandiri daxil, ümumilikdə 330 silahlı məhv edilib. Məhz Əbu Bəkr əl-Bağdadi toplantının keçirildiyi binada olub.
Qeyd edək ki, məlumatda zərərsizləşdirilən İŞİD liderləri sırasında Rakka “əmiri” Əbu əl-Hacı əl-Misri, İbrahim ən-Naif əl-Həcc, İŞİD-in “təhlükəsizlik xidməti rəisi” Süleyman əş-Şayahın olduğunu bildirib.
Anar
Gununsesi.info












