Bağdadinin yeri məlumdur - İRAQIN BAŞ NAZİRİ

  • By admin
  • 08 Fevral 2017 13:45

16650566_401110526947812_2059827081_n

İraqın Baş naziri Heydər İbadi İŞİD Terror Təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadinin yerini bildiklərini etiraf edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqın Baş naziri H. İbadi “France 24” televiziya kanalına açıqlamasında bildirib ki, İŞİD Terror Təşkilatının çox sayda nüfuzlu komandirləri məhz, koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində məhv edilib:

“Biz onun köməkçilərinin əksəriyyətini məhv etmişik, o, tək qalıb. Etibar edə biləcəyi heç kəsi qalmayıb. Təcrid olunub, hazırda Bağdadinin hərəkət istiqamətinə nəzarət edirik” -, deyə H. İbadi sözlərinə əlavə edib.

Xatırladaq ki, 2016-cı il dekabrın 16-da ABŞ hökuməti İŞİD lideri Əbu  Bəkr Əl- Bağdadinin başına qoyulan 10 milyon dollarlıq mükafatı 25 milyona çatdırıb.

Anar

Gununsesi.info