Məşhur türkiyəli komediya ustası azadlığa buraxıldı

  • Müəllif: Şəbnəm
  • 28 Sentyabr 2026 15:59

“Ölü Dəniz” adlı stendap şousu ilə ölkə gündəmində səs-küy yaradan məşhur türkiyəli komediya ustası Dəniz Göktaş 88 gün həbsdə qaldıqdan sonra sərbəst buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edək ki, Göktaş 2 iyulda xarici səfərdən Türkiyəyə qayıdarkən saxlanılaraq həbs olunmuşdu. O, “əhalinin bir qisminin mənimsədiyi dini dəyərləri açıq şəkildə təhqir etmək” maddəsi ilə ittiham edilirdi.

 

Gununsesi.info