Amerikalı diplomat bir qrup media rəhbəri ilə görüşüb

  • Müəllif: admin
  • 28 Sentyabr 2026 16:11

Sentyabrın 28-də ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Bakıda fəaliyyət göstərən aparıcı media qurumlarının nümayəndələri ilə nahar görüşü keçirib. Gununsesi.info-nun  xəbərinə görə, qeyri-rəsmi görüş zamanı milli medianın mühüm rolu, eləcə də Səfirliklə Azərbaycan mediasının nümayəndələri arasında kommunikasiya və qarşılıqlı əlaqələrin gücləndirilməsi imkanları müzakirə olunub.

Günay Mahirqızı

Gununsesi.info