Bağlanan bankların əmanətçilərinə kompensasiya ödəniləcək - Azad Cavadov

  • By admin
  • 22 İyul 2016 11:47

bankk

 

“Bağlanan bankların əmanətçilərinə kompensasiya ödəniləcək.Kompensasiyasının ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan kredit götürəcək”. Gununsesi.info xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənək “Bağlanan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 mln. 956 min manat təşkil edir. Bizim hazırda 26 milyon manata yaxın vəsaitimiz var. Bizə bağlanan banklarda əmanətçilərə kompensasiya vermək üçün 100 mln. manata ehtiyacımız var. Biz bununla bağlı Mərkəzi Banka müraciət edəcəyik”.

A. Cavadov onu da əlavə edib ki, banklarda əmanətlərin təqribən 80%-i xarici valyutada, 20%-i milli valyutadadır.

 

Gununsesi.info