Bakı Ağır Cinayətlər Məhkəməsinin qanunsuz hökm çıxaran hakimini müdafiə cəhdi - YUXARI İNSTANSİYANIN...

  • By admin
  • 28 Aprel 2022 18:16

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin qanunsuz hökmü ilə  7 il 6 ay  həbsə məhkum olunan Lənkəran rayonunun Havzava kənd sakini Nurlan Ağazadənin  2 il 6 ay həbsdə saxlanılmasından sonra günahsızlığı üzə çıxıb və Bakı Apellyasiya Məhkəməsində azadlığa buraxılıb.

 

Bununla bağlı Gununsesi.info-nun “Əfqan Hacıyevin həbsə göndərdiyi vətəndaşın təqsirsizliyi üzə çıxdı – BİLƏ-BİLƏ QANUNSUZ HÖKM ÇIXARAN HAKİM CƏZALANACAQMI?”  başlıqlı  materialı böyük rezonansa səbəb olub.

Ayrı-ayrı ictimaiyyət nümayəndələri Əfqan Hacıyevin bilə-bilə qanunsuz hökm çıxarmasına görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Gununsesi.info-nun qabartdığı bu məsələ ilə   “Facebook” sosial şəbəkəsində açıqlama yayıb.

Həmin  açıqlamada deyilir:

 

Ağazadə Nurlan Bəylər oğlunun Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinə baxılıb, iş üzrə təklif olunan bütün sübutlarla yanaşı məhkəmə öz təşəbbüsü ilə də mobil telefon operatorlarına sorğular verərək iş üçün əhəmiyyətli olan halları araşdırıb.

Həmin sübutlar əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci ildə ittiham hökmü çıxarılaraq Nurlan Ağazadəyə 4 il nəqliyyat vasitəsi hüququndan məhrum etmə və 7 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Digər birinci instansiya (rayon-şəhər) məhkəmələrindən fərqli olaraq Bakı Ağır Cinayətlər Məhkəməsində işlərə kollegial qaydada üç hakim tərəfindən baxılaraq qərar qəbul edilir.

Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasında üç pilləli məhkəmə sistemi mövcuddur. Bu sistemə daxil olan apellyasiya məhkəməsi tam hüquqlu məhkəmə olaraq birinci instansiya məhkəməsinin hökm və qərarlarını ləğv etmək səlahiyyətinə malikdir.

Bu mənada apellyasiya instansiya məhkəmənin birinci instansiya məhkəməsinin qərarını ləğv etməsi hakimin və ya hakimlərin cinayət məsuliyyətinə səbəb olması barədə çıxışlar ədalət mühakiməsinin həyata keçirilməsinə, hakimlərin müstəqilliyi və toxulmazlığına müdaxilə olunması ilə yanaşı məhkəmə hakimiyyətinin nüfuzuna kölgə salır.

Bu kimi hallarda xüsusilə həssas olmağa və cəmiyyətə spekulyativ çıxışlara yol verilməməsi xahiş olunur”.

BUNA DA BAX:

 

Əfqan Hacıyevin həbsə göndərdiyi vətəndaşın təqsirsizliyi üzə çıxdı

Gununsesi.info