Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayır

  • Müəllif: admin
  • 23 İyun 2017 08:50

beynelxalq avtovagzal

İyun ayının 26-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Gununsesi.info-ya verilən xəbərə görə, avtobuslar Bakı vaxtı ilə saat 18:00 yol düşəcək, təyinat məntəqəsinə – Batumi şəhərinə isə növbəti gün saat 09:00-da çatacaq.

Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur, 5 yaşından-10 yaşına qədər uşaqlar üçün biletin qiymətinin 50 faizi məbləğində ödəniş edilir.

Gələcəkdə sərnişin sıxlığı çox olduğu təqdirdə  avtobusların hər gün reysə çıxması nəzərdən keçirilə bilər.

Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə biletləri əvvəlcədən almaları  məsləhət görülür.

Gununsesi.info