Bakı Hərbi Məhkəməsinin hakimləri koronavirusa YOLUXDU

  • By admin
  • 01 Fevral 2022 13:17

Bakı Hərbi Məhkəməsinin iki hakimi koronavirusa yoluxub.

Gununsesi.info-nun məlumatına görə, adıçəkilən məhkəmənin hakimləri Elbəy Allahverdiyev və Camal Ramazanov koronavirus şübhəsi ilə test veriblər və onların verdikləri testin cavabı pozitiv çıxıb.

Bu səbəbdən hər iki hakimin icraatında olan işlər qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, hər iki hakimin icraatında bir çox cinayət işləri var.

Gununsesi.info