Şəhid qızı məktəb direktoru təyin olundu

  • By admin
  • 01 Fevral 2022 13:13

Qubadlı şəhər B.Mehdiyev adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Rəhminə Bəhmən qızı Mehdiyeva həmin məktəbə direktor vəzifəsinə təyin olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Cəsarət Valehov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

R.Mehdiyeva direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 45 bal toplayaraq müsahibə mərhələsində uğur qazanıb.

C. Valehov qeyd edib ki, R. Mehdiyevanın babası Mehdi Mehdiyev 1989-cu ildə ermənilər tərəfindən faciəli şəkildə qətlə yetirilib.

R.Mehdiyevanın atası, Qubadlı rayon 2 nömrəli tam orta məktəbin tarix müəllimi Bəhmən Mehdiyev I Qarabağ müharibəsində, 1992-ci il oktyabrın 26-da Ballıqaya ərazisində şəhid olub.

Gununsesi.info