Bakı ilə Yerevan delimitasiyaya başlayır – Bu xəritədən istifadə olunacaq

  • By admin
  • 06 Avqust 2021 12:25

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi payızda başlayacaq.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, sərhəd məsələləri 1970-ci ilin sonlarına aid Sovet xəritəsinin əsasında aparılacaq.

Həmin xəritəyə əsasən, Qazaxın Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı və Yuxarı Əskipara kəndləri, həmçinin, Sədərək rayonunun Kərki kəndləri Azərbaycana qaytarılacaq.