Bakı metrosunda qadına hücum edən şəxs tutuldu

  • Müəllif: admin
  • 26 İyun 2018 12:12

Metroda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Gununsesi.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Məmmədova iyunun 25-də saat 7 radələrində metronun “Koroğlu” stansiyasında qatarda naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs – Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Elxan Qasımov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.
Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.