Bakı səmasında qırıcı təyyarələr

  • By admin
  • 13 İyun 2018 09:24

Bakı səmasında qırıcı təyyarələr

 Bu gün səhər Bakı səmasında çoxlu qırıcı təyyarələri görünüb. 

Gununsesi.info -nun “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hərbi təyyarələrin uçuşları paytaxt əhalisi arasında marağa səbəb olub.

Məlum olub ki, “SU-25” və digər hərbi təyyarələrin cəlb olunduğu uçuşlar təlim məqsədlidir. Belə ki, Müdafiə Nazirliyi iyunun 26-da keçiriləcək hərbi parada hazırlıqlar görür.

 Bu il Azərbaycan ordusunun yaradılmasının 100 illiyi qeyd olunur.