
Bu gün Bakı Sağlamlıq mərkəzində hesabat xarakterli tədbir keçirilib.
Gununsesi.info Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə qeyd edilib ki, müəssisə 2014-cü ildə əhalinin istifadəsinə verilib.
Çoxprofilli mərkəzdə 136 həkim, 59 rezident və 257 tibb bacısı əhalinin sağlamlığına xidmət edir. Həkimlərin 6 nəfəri tibb elmləri namizədi, 6 nəfəri ATU-nun dissertantıdır.
2016-cı ilin 8 ayı ərzində kollektivin bir çox üzvləri müəssisə rəhbərliyi tərəfindən göstərdikləri keyfiyyətli tibbi yardıma görə fəxri fərmanla təltif olunublar. Klinikada müalicə almış xəstələr tərəfindən yazılı olaraq direktorun adına 47 təşəkkürnamə, Bakı Baş Səhiyyə İdarəsinə 11 təşəkkürnamə göndərilib.
Bakı Sağlamlıq Mərkəzi 550 çarpayıdan ibarət 13 şöbədən təşkil olunub. 2016-cı ilin 8 ayı ərzində bu şöbələrdə 7225 xəstə müalicə və müayinədən sonra sağalma ilə evə yazılıb. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 % çoxdur.
7225 xəstədən 1800 nəfəri doğum şöbəsindən, 1752 nəfəri endokrinologiya şöbəsindən, 1001 nəfəri terapiya şöbəsindən, 971 nəfəri cərrahiyyə şöbəsindən, 904 nəfəri nevrologiya şöbəsindən, 618 nəfəri Burun-Qulaq-Boğaz şöbəsindən, 92 nəfəri Yeni doğulmuşların patologiyası şöbəsindən evə yazılıb.
Bakı Sağlamlıq Mərkəzində 2016- cı ilin 8 ayı ərzində 2116 əməliyyat icra edilib. Əməliyyatların sayı 2015-ci ilin 8 ayı ilə müqayisədə 34% artıb. Burun-Qulaq-Boğaz əməliyyatları 8%, cərrahiyyə əməliyyatları 19,2%, ginekoloji əməliyyatlar 6,8% artıb.
Anar
Gununsesi.info










