
Bakı şəhər sakinindən 305 qr marixuana götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Musayevdən 305 qram marixuana götürülüb.
Anar
Gununsesi.info









