Oğurluqda şübhəli bilinən şəxslər tutulub

  • Müəllif: admin
  • 07 İyun 2017 14:24

ogru

12 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qusar rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsini 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 5-də rayon ərazisindəki evlərdən birindən 12 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qusar rayon sakini Sadil Allahverdiyev tutulub.

Bundan başqa iyunun 5-də Nəsimi rayonu ərazisindəki ərzaq mağazalarından birində Bakı şəhər sakini İsmayıl Qədirovun içərisində 1500 manat və 1300 ABŞ dolları olan pul qabısı oğurlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən Mariya Pronina Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Anar
Gununsesi.info