
Moda dünyasının ən qəribə, fərqli modellərindən olan Melanie Gaydos diş, dırnaq, saç və sümüklərinin inkişafına mane olan xəstəlikdən əziyyət çəkir. Lakin o, genetik xəstəliyə düçar olmasına baxmayaraq, öz idellarından əl çəkməyib, əksinə, hər zaman arzularını reallaşdırmaq uğrunda mübarizə aparıb. Bunun nəticəsidir ki, 28 yaşlı Melanie hazırda model kimi fəaliyyət göstərir. Öz qəribə görünüşü ilə məşhur brendlərin diqqətini cəlb etməyi bacaran ABŞ-lı modelin xəstəlik səbəbindən saçları və dişləri yoxdur. Buna rəğmən o, protez dişlərdən və parikdən istifadəni rədd edir və onları gərəksiz bir şey kimi qiymətləndirir.
Gununsesi.info bu qəribə modelin görüntülərini təqdim edir.










Gununsesi.info











