Bakı-Sumqayıt yolunda ağır qəza - yaralananlar var

  • By admin
  • 15 İyun 2018 00:07

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun qafqazinfo-ya istinadən məlumatına görə, Ceyranbatan qəsəbəsinin yaxınlığında 3 minik avtomobili toqquşub.

Qəza nəticəsində ağır yaralananlar var.

 Hadisə nəticəsində yolda olan işıq dirəkləri aşıb.

Bundan əlavə, uzun müddət avtomobillərin hərəkətində sıxlıq yaranıb.