Bakı-Sumqayıt yolunda ağır qəza - VİDEO

Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info Sumqayıt24.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında 11-ci mikrorayon ərazisində qeydə alınıb. Şahidlərin sözlərinə görə, sürətlə hərəkət edən KIA-nın sürücüsü əyləcə vaxtında basaraq avtomobili saxlaya bilməyib. Nəticədə maşın “Hyundai” markalı nəqliyyat vasitəsinə, o da öz növbəsində BYD markalı avtomobilə çırpılıb.

Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması məlum deyil.