Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti iflic oldu - UZUN TIXAC YARANIB

  • By admin
  • 29 Oktyabr 2019 13:51

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yenə uzun tıxac yaranıb.

Gununsesi.org xəbər verir ki, Modern.az saytının hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, tıxaca səbəb Bakıdan Sumqayıt istiqamində hərəkət edən “Şaqman” markalı yük maşınının Xırdalan dairəsi ərazisində qəzaya uğramasıdır.

Hazırda Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti demək olar ki, iflic vəziyyətindədir… Mənzil başına tələsən insanlar çıxılmaz duruma düşüblər…

 

Gununsesi.org