Bu gün səhər saatlarında Sumqayıt yolunda böyük tıxac yaranıb.
Məlumata görə, tıxac Sumqayıt yolundakı Ekologiya postundan başlayır, 20 Yanvar dairəsi də daxil olmaqla Xutora kimi davam edir.
Yolun uzun müddət hərəkətsiz qalmasına görə insanlar avtomobillər və marşrut avtobuslarından düşərək şəhərə piyada gəlməyə məcbur olublar.
Qeyd edək ki, dünən Bakı şəhər Dövlət Yol Polisi İdarəsi açıqlama yayaraq Bakı Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından üzü Xırdalan dairəsi istiqamətinə qədər olan yolda təmir-tikinti işləri ilə əlaqədar olaraq hərəkətin məhdudlaşdırılacağını bildirib. Rəsmi qurum vətəndaşlara Bakı Dairəvi-1 – Lökbatan-Hocahəsən, Binəqədi şosesi – Binəqədi-Biləcəri, Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat alternativ avtomobil yollarından istifadə etməyi məsləhət görüb.













